Finlyandiya alimləri uzunmüddətli araşdırmalar nəticəsində depressiya ilə mübarizə aparmağa kömək edən qidaların siyahısını tərtib ediblər. Bu qidalar arasında: - Meyvə-tərəvəz (xüsusilə sarı, qırmızı və narıncı rəngdə olanlar - balqabaq, portağal, naringi, alma, ərik və ərik qurusu, bolqar bibəri, çuğundur, kök, banan və s.) - Giləmeyvələr - Balıq və digər dəniz məhsulları - Ədviyyatlar (xüsusilə hil, cövüz, darçın) - Qəhvə, şokolad, kakao - Paxlalılar (noxud, lobya, mərci). Əksinə qırmızı ət, sosis, kolbasa kimi qidaları depressiya zamanı yemək tövsiyə edilmir. Belə hesab olunur ki, bu qidalar depressiyanı daha da ağırlaşdıra bilər.
Mənbə: aif.ru