Bal, limon, zəncəfilin ayrı-ayrılıqda bir çox faydaları var. Bu qidaların hər biri müxtəlif xəstəliklərin, orqanizmdə meydana gələn problemlərin həllində təbii dərman sayılır. Həkim-fitoterapevt Fizuli Hüseynov onların qarışığından hazırlanan müalicəvi resept açıqlayıb və bunu “Faydalarını saymaqla bitməyən məcun” kimi təqdim edib. E-tibb.az mütəxəssisin tövsiyə etdiyi məcunu təqdim edir:
Lazım olanlar:
1 kq bal
500 qram təzə zəncəfil
1 stəkan limon şirəsi
200 qram ud hindi tozu
15 ədəd təzə reyhan
Əvvəlcə bal ilə ud hindi tozunu qarışdırıb qara kağıza və ya adi qəzet kağızına büküb üzərinə Günəş şüası düşə bilən yerə qoymaq, 10 gün saxlamaq, gündə bir-iki dəfə qarışdırmaq lazımdır. 10 gündən sonra təzə zəncəfilin üzərini qaşıyıb soyduqdan sonra təzə reyhanla birlikdə ət maşından keçirib hamısını birlikdə bala, daha sonra limon şirəsinə qarışdırıb soyuducuya qoymaq gərəkdir.
Gündə 1 dəfə qarışdırmaq şərtilə soyuducuda saxlamaq, 3-cü gündən sonra istifadə etmək olar. Gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl (mədə problemi olanlar yeməkdən 2 saat sonra) 1-2 xörək qaşığı yarım və ya bir stəkan suya qarışdırıb içmək lazımdır.
F.Hüseynov bildirib ki, bu məcunun tükənməz faydalarını onu içdikcə görmık olur. Onun sözlərinə görə, məcun qan dövranını normallaşdırır, qan azlığını aradan qaldırır, bədən soyuqluğunu götürür, qanı durulaşdırır, beyin qan dövranını yaxşılaşdırır, immunteti gücləndirir, xolesterini aşağı salır, Ürəyi rayihələndirir, ürək çatışmazlığı zamanı faydalıdır. Revmatizmdə və revmatoidli poliartritdə, reyno xəstələri üçün də istifadə edilə bilər.
Göz zəifliyində, zob xəstəliyində, hormonal pozğunluqlarda, prostat hiperplaziyalarında, qadın xəstəliklərində, adət pozğunluqlarında, marstopatiyalarda, ağ ciyər xəstəliklərində, bronxitlərdə, faringitlərdə, pnevmoniyalarda, eləcə də buzlu şüşə sindromunda həm uşaqlar, həm də böyüklər üçün faydalı hesab olunur.