Protein toxumaların böyüməsi və bərpası üçün, eləcə də digər məqsədlər üçün lazım olan əsas qidadır. Protein müxtəlif mənbələrdən - heyvan və ya bitki mənşəli amin turşularından ibarətdir. Bəs sağlamlıq üçün ən yaxşı protein nədir?

Foodinfo.az “Healthline” saytına istinadla xəbər verir ki, heyvan və bitki zülallarının öz üstünlükləri və mənfi cəhətləri var. Heyvan zülalları tam sayılır, çünki onların tərkibində orqanizmin özünü sintez edə bilmədiyi bütün vacib amin turşuları var. Bundan əlavə, heyvan mənşəli məhsullar B12 vitamini və asanlıqla həzm olunan dəmirlə zəngindir.

Bununla belə, heyvan mənşəli məhsullar, xüsusən də qırmızı ət sağlamlığa mənfi təsir göstərə bilər. Buna görə də yumurta, balıq, quş əti və süd məhsulları kimi keyfiyyətli protein mənbələrini seçmək vacibdir.

Bitki mənşəli qidalar isə bir sıra üstünlüklərə malikdir: onların tərkibində daha çox lif, antioksidantlar və bağırsaq, ürək və immun sisteminin sağlamlığını dəstəkləyən fitonutrientlər var. Bitkilər də çəki və qan şəkəri səviyyəsini azaltmağa kömək edə bilər. Bununla belə, bütün bitki zülalları tam deyil, yəni bütün vacib amin turşularını ehtiva etmir. Buna görə vegetarianlar və veganlar bütün lazımi amin turşularını almaq üçün müxtəlif bitki qidalarını birləşdirməlidirlər.

Nərmin