Üzüm suyunun ürək xəstəliklərinə qarşı qoruyucu effekti müəyyən edilib. 

Foodinfo.az xəbər verir ki, bu məhsul vitamin və minerallar baxımından olduqca zəngindir. 

Üzüm suyu qan yaradan və antioksidant təsirə sahibdir. A, B, C vitaminləri, kalium və dəmir baxımından olduqca zəngin məhsul sayılır. Üzüm suyunun qanı durulaşdırmaq xüsusiyyəti isə ürəyə fayda verərək infarktın qarşısını ala bilir.