İspaniyalı qidalanma mütəxəssisi Aytor Sançez “La Vanguardia”ya yumurtanın arıqlamaqda effektiv olduğunu deyib. Onun fikrincə, bu məhsulun yağ yandırma xüsusiyyətləri olmasa da, onu rasiona daxil etmək məsləhətdir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həkim səhər yeməyində bədənin lazımi qida alması üçün yumurta yeməyi məsləhət görüb. Qidalanma mütəxəssisi qeyd edib ki, zülallar uzun müddət toxluq hiss etməyə kömək edir və beləliklə, ümumi kalori qəbulu azaldılır.
Bundan əvvəlsə qidalanma üzrə rusiyalı mütəxəssis Yelena Solomatina arıqlamaq üçün donuz piyinin faydalarını açıqlamışdı. Həkimin sözlərinə görə, bu məhsul və tərəvəzli sendviç aclığınızı mükəmməl şəkildə təmin edəcəkdir. Bununla birlikdə, kök və yüksək xolesterini olan insanlar gündə 10 qramdan çox sala yeməməlidir.