İsti günəş şüası tərəfindən dəridə sintez olunan “D” vitamini immuniteti stimullaşdırır. Saglamolun.az medicina.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş epidemioloqu Nikolay Briko deyib. Onun sözlərinə görə, isti hava (onunla da birlikdə ultrabənövşəyi şüalar) virusa, o cümlədən də COVID-19-a neqativ təsir edir. “Yayda virusun fəallığı azalır, ultrabənövşəyi şüa ona məhvedici təsir göstərir”, - deyə Briko sözlərini yekunlaşdırıb.