Qoz qan təzyiqini aşağı salır, çəki artımını əngəlləyir, diabet və ürək xəstəlikləri riskini azaldır. Ancaq qozun faydaları bunlarla məhdudlaşmır.
Foodinfo.az qozun müalicəvi faydalarını təqdim edir:
Doymamış yağlar baxımından zəngin olan qoz bədəni doyurmaqla yanaşı, yaxşı xolesterini də artırır. Bədəndə yaxşı xolesterolun artırılması ürək sağlamlığını yaxşılaşdırır.
Qəlyanaltı olaraq istehlak edilə bilən alternativlər arasında yer alan qoz, cips və ya şəkərli qəlyanaltılar yerinə daha sağlam bir seçimdir. Bir şey yemək ehtiyacını ödəməklə yanaşı, bədənin ehtiyac duyduğu qidaları da təmin edir.
Qoz həm omeqa 3, həm də E vitamini ehtiva etdiyi üçün ikiqat təsirlə immunitet sistemini gücləndirir. Payız aylarında bol istehlak edilməsi lazım olan təzə qoz balıq yeməyən insanlar və vegetarianlar üçün yaxşı bir omeqa 3 və zülal qaynağıdır.
Onun tərkibində olan polifenolik birləşmələr və fitokimyəvi maddələr orqanizmdə iltihabın təsirini azaldır. Bu ürək-damar xəstəlikləri və xərçəngə qarşı güclü profilaktikadır.
ABŞ, Avstraliya, Yeni Zelandiya və İspaniyada aparılan araşdırmalar sübut edib ki, gündə 2-3 qoz xolesterolu salaraq ürək-damar xəstəliklərinin riskini azaldır.
Qozda maqnezium, mis, fosfor və B vitaminləri kimi vacib minerallar və vitaminlər var. Bu qidalar sümük sağlamlığını dəstəkləyir, enerji istehsalına töhfə verir və ümumi sağlamlığı yaxşılaşdırır.
Bu qida zəngin omeqa-3 yağ turşuları və antioksidant mənbəyidir. Buna görə də, müntəzəm olaraq qoz istehlakı zehni itiliyi yaxşılaşdırır və beyin sağlamlığını dəstəkləyir.
Araşdırmalar göstərib ki, qoz yeyən insanların təxminən 20 faizində yüksək təzyiq yoxdur, qoz yeməyənlərin isə yüzdə 22-də yüksək təzyiq var.