Ekspertlərin fikrincə, Aralıq dəniz pəhrizi 2019-cu ildə diqqət mərkəzində olacaq. Məlum olub ki, Aralıq dənizi pəhrizi Amerika reytinqlərində liderlik edir. Aralıq dənizi pəhrizi 1960-cı illərdə meydana çıxıb. Alimlər hesab edir ki, belə qidalanma ömrü uzadır, artıq çəkidən xilas edərək bir çox xəstəliklərin yaranması riskini azaldır. Və ən önəmlisi bu pəhrizi saxlamaq üçün əlavə səy göstərmək tələb olunmur. Pəhriz ətrafında bir neçə əfsanə dolaşır. Ancaq biz bu yazıda yalnız əsaslandırılmış faktlara toxunacağıq. Amerikanın tibb jurnalları Aralıq dənizi pəhrizinin aşağı kalorili pəhrizlə eyni effektiv göstərdiyini sübut edib. Aralıq dənizi mətbəxi ciddi pəhriz deyil, əksinə bir həyat tərzidir. Belə qidalanmaya həftədə bir neçə dəfə (5-6 porsiya) balıq və dəniz məhsulları daxil edilir. İkinci vacib nöqtə - çox sayda tərəvəzlər yemək lazımdır (həftədə altı porsiya). Salatlarda zeytun yağı istifadə edilməlidir. Zeytun yağı toxluq hissi verir və xolesterini azaldır. Ancaq çörək və un məmulatlarından imtina etmək lazım gələcək. Qlikemik indeksləri aşağı olan qidalara üstünlük verin: qəhvəyi düyü, taxıl makaron və yulaf. Şirniyyatlardan sadəcə tünd şokolada icazə verilir, o həftədə üç porsiyadan çox ola bilməz. Faydalı səhər yeməyini unutmayın, nahar doyumlu ola bilər, ağır şam yeməyinin isə heç kimə faydası yoxdur. Dietoloqlar özünüz üçün dəqiq rejim yaratmağı və hər gün eyni saatda yeməyi tövsiyə edir. Aparılan araşdırmalar göstərir ki, belə qidalanma ürək-damar xəstəliklərindən qoruyur, eyni zamanda ikinci dərəcəli şəkər xəstələrinə müalicəvi təsir göstərir. Aralıq dənizi pəhrzinin ən məşhur inqrediyenti yunan salatıdır: pomidor, xiyar, soğan, pendir dilimləri, zeytun və zeytun yağı. Ümumiyyətlə, pəhrizə: meyvə-tərəvəz, paxlalı bitkilər, işlənməmiş taxıl məhsulları, qoz, dəniz məhsulları, balıq, toyuq, pendir və qatıq kimi bir çox faydalı yağlar ehtiva edən məhsullar daxildir. Aralıq dənizi pəhrizində nə yemək olmaz? Ekspertin sözlərinə görə, qırmızı ət və şirniyyatları xüsusi hallarda yemək daha yaxşıdır. İşlənmiş məhsullar və hazır qarışıqlar ənənəvi olaraq qadağandır. Səhər yeməyi Kəsmikdən zapekanka Omlet Az kalorili xırtıldayan çörəklə pendir Təbii qatıq və quru meyvələrlə müsli Qəhvə / yaşıl çay Nahar Bişmiş tərəvəzlə balıq Dəniz məhsulları və pomidor ilə makaron Toyuq şorbası Buxarda bişmiş balıq ilə tərəvəz salatı Şam Avokado ilə krevetka salatı Düyü ilə bişmiş toyuq sinəsi Buxarda bişmiş balıq və ya tərəvəz salatı Qaynadılmış tərəvəz və sobada bişmiş hinduşka Tərəvəzli balıq kotleti Buxarda bişmiş dəniz məhsulları və tərəvəz Sağlamlığa faydaları 2016-cı ildə, NU-AGE layihəsi çərçivəsində Brüsseldə keçirilən konfransda təqdim edilən edilən bir araşdırmanın nəticələrinə görə, bu pəhriz cavanlaşdırıcı təsirə malikdir. Aralıq dənizi pəhrizi qocalmayla bağlı yaranan reaktiv zülal səviyyəsini azaldır. “The Lancet Diabetes & Endocrinology” jurnalında 2-ci tip diabetli 7.400-dən çox adamın iştirak etdiyi beş illik ayrı bir araşdırmanın nəticələri dərc edilib. İnsanlar üç qrupa bölünüb: bir qrup zeytun yağı ilə Aralıq dənizi pəhrizi saxlayıb. İkinci qrup Aralıq dənizi pəhrizinə qoz əlavə edib, üçüncüsü isə aşağı kalorili bir pəhrizə əməl edib. Beş il ərzində ilk qrupdan olan insanlar xeyli arıqlayaraq göstərib ki, bunun üçün faydalı yağlardan imtina etmək lazım deyil. ABŞ Milli Xərçəng İnstitutu və ABŞ Milli Səhiyyə İnstitutu tərəfindən maliyyələşdirilən yeni bir araşdırma nəticəsində məlum olub ki, Aralıq dənizi pəhrizinin prinsiplərinə riayət edən qadınlar daha uzunömürlüdür və daha az xəstələnir. Sözügedən araşdırmanın nəticələri “Annals of Internal Medicine” jurnalında dərc olunub. Belə qadınlar ciddi xroniki və digər xəstəliklərdən daha az əziyyət çəkir. Bu məqamda ən uzun ömürlü əhali sayı üzrə Aralıq dənizi regionun - Yunanıstan, İtaliya, İspaniya və Fransa da daxil olmaqla Yaponiyadan sonra ikinci yerdə gəldiyini xatırlatmaq yerinə düşər. 80 yaşdan yuxarı insanların ən çoxu orada yaşayır. Faktiki olaraq, Aralıq dənizi sakinlərinin yarısı 85 yaşa qədər yaşayır. Ekspertlərin fikrincə, əsas səbəblərdən biri onların yemək vərdişləri ola bilər. Aralıq dənizinə daxil olan ölkələrin sakinləri müntəzəm olaraq təzə balıq, zeytun yağı və yerli məhsullara üstünlük verir. Onlar hər gün bir qədəh şərab içir və adətən şirniyyatlara böyük yer vermirlər. Bu pəhriz vərdişləri artıq bildiyiniz kimi Aralıq dənizi pəhrizinin əsaslarıdır. Uzun müddət bu pəhrizə əməl etməklə bağırsaq xərçəngi, ürək xəstəliyi, iflic və alzheymer xəstəliyinin inkişaf riskini azaltmaq mümkündür. Üstəlik 4,600 qadın arasında aparılan və "BMJ"-də nəşr olunan bir araşdırma göstərir ki, Aralıq dənizi pəhrizinə sadiqlik DNT zərərini yavaşlatmağa kömək edir. Nəticə etibarı ilə bu, qocalma prosesini yavaşladır. Dietoloqlar əmin edir ki, bu pəhrizin heç bir əks göstəriş yoxdur (hansısa məhsulun allergik təsirini çıxmaq şərti ilə). Həmçinin xroniki xəstəlikləri onlara bu rejimə üstünlük vermək tövsiyə edilmir, xüsusi menyu hazırlamaq daha yaxşıdır. Onu da yadda saxlayın ki, Aralıq dənizi pəhrizi qısa müddətdə sürətli çəki vermək üçün uyğun deyil. Artıq çəkilərin yavaş-yavaş gedəcəyinə hazır olun. Və əlbəttə ki, digər mənfi tərəfi pəhrizin olduqca bahalı olmasıdır. Əgər yaz və yay aylarına indidən hazırlaşır və arıqlamaq istəyirsinizsə, Aralıq dənizi pəhrizini sınamağa dəyər. Bu pəhriz arıqlatmaqla yanaşı bir çox xəstəliklərin inkişaf etdirilməsi riskini azaldır və səhhəti yaxşılaşdırır. Saglamolun.Az