İnsan orqanizmi üçün son dərəcə vacib olan D vitamini immuniteti gücləndirən və bizi canlı tutan vitaminlərdən biridir. Ancaq çatışmayanda özü ilə bir çox sağlamlıq problemlərini də gətirən vitamindir. D vitamini çatışmazlığı immunitetin azalmasına səbəb olaraq bir çox xəstəliklərə səbəb olur.
Foodinfo.az xəbər verir ki, D vitaminini adətən günəş işığı ilə təbii yolla əldə edə bilərik. Bəzən günəş həmişə kifayət olmaya bilər. Ancaq istehlak etdiyimiz qidalar da D vitamini baxımından çox əhəmiyyətlidir.
Bir çox qidada D vitamini var. Bəzi qidalarda olan D vitamininin miqdarı digərlərindən xeyli yüksəkdir. Bu qidaları yeməklərinizə qatdığınız zaman mümkün xəstəliklərin qarşısını asanlıqla ala bilərsiniz.
İnsanlar kimi günəş işığından D vitamini alan göbələklər dolayı yolla D vitamini əldə etməyi asanlaşdırır. Göbələklərin tərkibində olan D vitamininin yüksək səviyyəsi tədqiqatlarla sübut edilmişdir. Digər qidalarla müqayisədə göbələkdə kifayət qədər vitamin var. Yeməklərinizə göbələk əlavə etsəniz, immunitet sisteminizi gücləndirmək üçün əla bir iş görmüş olarsınız.
Bol vitamin və mineral ehtiva edən bu qida əzələ və sümük inkişafını dəstəkləyir. Bu sayədə bir çox sümük xəstəliklərinin riski aradan qaldırılır. Ürək xəstəliklərinin, infeksiyaların və anemiya problemlərinin aradan qaldırılmasında da təsirli rol oynayır.
Yeməklərinizə zülal əlavə etmək və lazımi D vitamini ehtiyacını ödəmək üçün bol somon balığı istehlak edin. Araşdırmaya görə, 1 porsiya bişmiş qızılbalıq 570 IU D vitamini ehtiva edir.
Somon D vitamini əlavəsi olmaqla yanaşı, omeqa-3 yağ turşuları ilə zəngin bir qidadır. Ona görə də mütləq yeməklərinizə daxil etməlisiniz.
Zülal və D vitamini dedikdə ağla balıq növləri gəlsə də, yumurta böyük bir vitamin qaynağıdır. Yumurta ağında olan sink və selenyum immunitet sistemini gücləndirməyə kömək edir. Yumurta sarısının tərkibindəki zülal və müxtəlif minerallar da eyni dərəcədə təsirlidir.
İnsan sağlamlığı üçün əhəmiyyətli bir vitamin olan D vitamini, xüsusilə əskik olduqda tənəffüs problemlərinə səbəb olur. Təbii olaraq qəbul edilən D vitamininin tənəffüs sindromunu aradan qaldırmaqda təsirli olduğu düşünülür.
İmmuniteti dəstəkləyən D vitamini diabet, bağırsaq xəstəlikləri və yoluxucu xəstəliklər kimi problemlərin qarşısını alacaq təsirli bir vitamindir.
Araşdırmalara görə, əhval-ruhiyyəni tənzimlədiyi ifadə edilən D vitamini depressiya riskini azaltmaqda mühüm rol oynayır. Təxminən 7 min adam üzərində aparılan müayinənin nəticələrinə görə, vitamin D qəbul edən insanların emosional əlamətlərində yaxşılaşma müşahidə edilib.