Orqanzimdə hansı hormonun çatışmadığını necə müəyyən etmək olar?
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu sualın ən dəqiq cavabı qan analizi vasitəsilə müəyyən olunur. Amma bundan əlavə dolayı amillər də var ki, onlar vasitəsilə orqanizmdə hansı hormonun çatışmadığını müəyyən etmək mümkündür.
Qida rasionuna diqqət yetirməzdən əvvəl ilk növbədə sizin hansı hormon tipinə malik olduğunu müəyyən etməlisiniz. Belə olduqda siz hormonal fonunuzu normallaşdıraraq orqanizminizə rahatlıq verəcək.
Əsas hormonlar hansılardır?
İnsan bədənində əsas 4 hormon mövcuddur: adrenalin, xolin, seratonin və tiroksin. Adı hallarda hormonların disbalansı nəzərə çarpmır.
Hormonal tipi necə təyin etmək olar:
Birinci tip: Adrenalin
• Bir qayda olaraq, bu tipə səhərlər bir fincan qəhvə olmadan yuxudan oyana bilməyənlər daxildir. Həyəcan və stress zamanı bu insanlar davamlı olaraq nə isə yeməlidirlər. Bu qidalar içərisində əsasən də duzlu qidalar üstünlük təşkil edirlər. Bu tipə daxil olan insanlar çox tərləyirlər. Fikirlətini cəmləşdirməkdə çətinlik çəkirlər.
Nə etməli?
• Alkoqoldan, pendirdən, sirkə əlavə olunmuş və tərkibində iltihab prosesinin artıran histamin olan qidalardan imtina etmək lazımdır.
• Səhərlər qəhvəni bir fincan yaşıl çayla əvəzləyin.
• Əgər səhərlər iştahanız yoxdursa, belə ondan imtina etməyin. Çünki bu metabolizmi zəiflədir.
• Gündüzlər adi qaydada qidalanın. Naharınız ən az 3 qidadan ibarət olmalıdır.
• Şam yeməyi ilə əsasən zülal tərkibli qidadan ibarət olmalıdır.
İkinci tip: Xolin
Yaddaşları və müvazinətləri zəif olur. Bir çox hallarda qəbizlikdən, qulaqda küydən əziyyət çəkirlər. Xolin hormonu yaddaş və əhval-ruhiyyəyə cavabdehdir.
Nə etməli?
• Səhərinizi doğru səhər yeməyi ilə başlayın. Yaxşı olardı ki. Yumurta yeyəsiniz. Onun tərkibində çox miqdarda xolin maddəsi var. Buna görə də, düzgün səhər yenməyi təkcə həzmi normallaşdırmır, həm də beyinin yaxşı fəaliyyət göstərməsinə şərait yaradır.
• Balqabaq toxumundan çox istifadə edin. Bu həyəcan hissini və daxili təlaşı aradan qaldıracaq.
• Nahar və şam yeməyində yaxşı olardı ki, balıq və paxla yeyəsiniz. Axşamlar isə melissa və nanə çayı içməyiniz yaxşı nəticə verəcək.
Üçüncü tip: Seratonin
Stress halında olduqda bu insanlar səhər yeməyi və naharı unudaraq yalnız şam yeməyi yeyə bilərlər. Axşam isə yemək yedikdən sonra bu insanlar uzun müddət yuxuya gedə bilmirlər.
Nə etməli?
Triptofan adlı amin turşusu "xoşbəxtlik hormonu" olan seratoninin əsas tikinti materialı hesab olunur. Yaxşı olardı ki, günə bir boşqab sıyıq və meyvə ilə başlayasınız. Gün boyunca isə bir ovuc qoz yeməyiniz yaxşı olar. Nahar yeməyində əsas yeməkdən əlavə zeytun yağı və günəbaxan tumu əlavə edilmiş salat daxil edin. Həftədə bir dəfə yağlı balıq yeyin. Lasos, forel, sardina kimi yağlı balıqların tərkibində triptofan maddəsi olur.
Dördüncü tip: Tiroksin
Saçlarınızın haçalandığını, töküldüyü və quruduğunu hiss edirsinizsə, deməli, sizdə tiroksin hormonu çatışmır. Bundan əlavə bu insanlarda həzm və qəbizlik problemləri olur. Orqanizmdə olan artıq maye səbəbindən ayaqlarda şişkinlik yaranır. Tez yorulur və çox üşüyürsünüz. Bu əlamətlər bədəndə tiroksin çatışmazlığından xəbər verir.
Nə etməli?
• Yaxşı olardı ki, tərkibində tirozin amin turşusu həmçinin də sink, yod və selen elementləri olan ərzaqlardan istifadə edəsiniz.
• Tərkibində zülal olan qidalardan çox istifadə edin.
• Ən ideal səhər yeməyi kəsmik və mövsümə uyğun meyvələrdir.
• Nahar yeməyində yaxşı olardı ki, balıq və ya ət yeməyi yeyəsiniz.