Koronavirus fonunda bütün trenajor zalları bağlanıb. Bir çoxları formalarını itirməmək üçün ev şəraitində məşğul olmağa çalışır. Yüksək əzələ kütləsini saxlamaq üçün zülal və mikroelementlərlə zəngin məhsullar yemək lazımdır. Foodinfo.az Azərtac-a istinadən dörd məhsul barədə məlumat verir.
Darı yarması
Darı tərkibindəki küllü miqdarda maqnezium hesabına əzələlərə qan axınını yaxşılaşdırmağa kömək edir. Bundan əlavə, bitki mənşəli zülalla və mürəkkəb karbohidratlarla zəngin mənbədir və deməli, darı çoxlu enerji bəxş edir.
Kinoa
Kinoanın tərkibində əzələlərin sürətlə bərpasına kömək edən bol zülal var. Onun tərkibindəki karbohidratlar mürəkkəbdir, bu isə o deməkdir ki, insulin qana kəskin sorulmur.
Kəsmik
Kəsmik kazeinlə zəngindir. Kazein qanda amin turşularının səviyyəsini artırır. Bu zaman onun təsiri yoqurta nisbətən daha uzunmüddətli olur.
İspanaq
Müntəzəm məşqlər üçün qanda yetərli miqdarda dəmir olmalıdır. Tünd yaşıl rəngli göyərtilərin çoxu kimi ispanaq da bu komponentlə zəngindir.