Diyetoloq  Alexandra Surzhik yazda kimin ən çox vitamin çatışmazlığı olduğunu söyləyib. Onun sözlərinə görə, ilk risk qrupuna hər hansı pəhriz məhdudiyyəti olan insanlar daxildir.

Foodinfo.az xəbər verir ki, mütəxəssis Gazeta.Ru -ya müsahibəsində bildirirb ki, məhdudiyyət bütün məhsullar qrupunun pəhrizdən xaric edilməsinə gətirib çıxarır ki, bu da mikroelementlərin çatışmazlığı deməkdir. Məsələn, vegetarianlarda çox vaxt B12 vitamini çatışmazlığı olur.

O, qeyd edib ki, tez-tez çatışmazlıq yaşayan başqa bir kateqoriya, qida maddələrinin həzmini və udulmasını poza bilən mədə-bağırsaq xəstəlikləri olan insanlardır.

Həmçinin, dietoloqun sözlərinə görə, yüksək kalorili qidalar qəbul edən, çoxlu şəkər və yağ qəbul edənlərdə mikronutrient çatışmazlığı yaranır.