Orqanizmdə xolesterolun yüksək səviyyədə olması ürək-damar sistemi xəstəliklərinin riskini artırır. Beynəlxalq normalara əsasən orqanizmdə xolesterolun səviyyəsi 5 mm/l yuxarı olmamalıdır.
Bəzi məhsullar var ki, onlar xolesterolun səviyyəsini aşağı salır. AzFood.az bildirir ki, bu məhsulları həm yüksək xolesterolu aşağı salmaq üçün, həm də bu pozulmanın profilaktikası üçün tez-tez qidalanmaya daxil etmək lazımdır.
Bu məhsullar arasında:
– Sitrus meyvələri (xüsusilə qreypfrut, portağal, naringi). Bu meyvələri üzərində olan ağ qabıqlarla birlikdə yemək daha faydalıdır.
– Yulaf yarması (“gerkules”)
– Alma
– Qoz, püstə
– Zeytun yağı
– Balıq
– Noxud, lobya, mərci