Qaynadılmış düyü düzgün saxlanmazsa insan sağlamlığına zərər verə bilər. Foodinfo.az xəbər verir ki, bu barədə ROSBIOTECH Universitetinin Qida sənayesi, mehmanxana biznesi və xidmət kafedrasının dosenti Dmitri Bıstrov məlumat verib.
O, bildirirb ki, əgər siz düyü bişirmisinizsə, onu təmiz bir qaba qoyun, hava keçirməyən qapaq ilə bağlayın və soyuducuya qoyun, onda hazır dənli bitkiləri üç-dörd gün saxlaya bilərsiniz. Amma qaynadılmış düyü bütün gecəni qazanda saxladısa. qapaqsız və səhəri gün soyuducuya qoyuldu, onda məhsul 24 saat ərzində xarab olacaq.
Ekspertin sözlərinə görə, tərkibində nişasta, o cümlədən düyü olan məhsullar patogen mikrofloranın inkişafı üçün əlverişli şərait yaradır. Alim onun inkişafı üçün ideal temperaturun 6 °C-dən 60 °C-ə qədər olduğunu vurğulayıb.
Nurlan