Qurudulmuş meyvələr gündəlik qidalanmada vacib yer tutan enerji və vitamin mənbəyidir. Foodinfo.az bildirir ki, onlar təbii şəkərlərlə zəngin olduğundan bədənə sürətli enerji verir, eyni zamanda lif və antioksidantlarla həzm sistemini dəstəkləyir.

Qurudulmuş meyvələrdə vitaminlər və minerallar konsentrasiyalı formada olur. Məsələn, quru ərik A vitamini və kaliumla zəngindir, quru üzüm dəmir və təbii şəkərlərlə orqanizmi gücləndirir. Bu səbəbdən fiziki və zehni yorğunluğu azaldır, enerji səviyyəsini yüksəldir.

Lakin mütəxəssislər bildirirlər ki, qurudulmuş meyvələri həddindən artıq yemək təhlükəli ola bilər. Onlar təbii şəkərlə zəngin olduğundan qudurmuş və ya ardıcıl qəbul edildikdə qan şəkərinin sürətlə yüksəlməsinə səbəb olur. Bu, xüsusilə diabet və şəkər problemi olan şəxslər üçün risklidir.

Qurudulmuş meyvələrin həzm sisteminə də təsiri vardır. Balanslı miqdarda yemək bağırsaqların fəaliyyətini yaxşılaşdırır və uzun müddət toxluq hissi yaradır. Lakin çox miqdarda qəbul edildikdə mədə və bağırsaqlarda qaz, qarın ağrısı və diskomfort meydana gələ bilər.

Yemək zamanı qurudulmuş meyvələri digər qidalarla – məsələn, yulaf sıyığı, yoqurt və ya salatlarla birlikdə qəbul etmək faydalıdır. Bu, həm qan şəkərinin stabil qalmasına kömək edir, həm də qida maddələrinin mənimsənilməsini yaxşılaşdırır.