Sağlam şəkildə arıqlamanın yolu düzgün qidalanmadan keçir.

Foodinfo.az xəbər verir ki, sağlam qidalanma vərdişləri bir müddət sonra orqanizmdə rahatlıqla arıqlamağımıza səbəb olan sistem formalaşdırır.

Ekspertlər zülal tərkibli qidaların bu zaman işimizə yarayacağını bildirirlər. Bu zaman sürətlə arıqlamaq, eyni zamanda immunitetimizi gücləndirmək mümkündür. Zülal tərkibli qidaların digər bir faydası isə xolesterolu aşağı salmasıdır. Beləliklə, ürək xəstəliklərinin olması riski də 9 faiz azalır. Eyni zamanda hər gün 7 qram zülal istifadə etmək iflic riskini də 7 faiz aşağı salır.