Bir çox insan yumurtanı xolesterin səviyyəsini artıra biləcəyi qorxusu ilə qida rasionundan çıxarır. Mütəxəssislər isə bu narahatlığın hər kəs üçün keçərli olmadığını bildirir. Foodinfo.az Championat.com saytına istinadla xəbər verir ki, klinik nutrisoloq Alyona Vavilovanın sözlərinə görə, yumurtadan imtina yalnız əhalinin təxminən 5 faizi üçün əsaslıdır.

Nutrisoloq izah edib ki, xolesterinlə bağlı risk əsasən MDB əhalisinin kiçik bir hissəsində rast gəlinən xüsusi genetik mutasiya ilə bağlıdır. Qalan 95 faiz üçün isə yumurta yüksək keyfiyyətli zülal, faydalı yağlar, K vitamini və digər vacib qida maddələrinin zəngin mənbəyidir.

Alyona Vavilova bildirir ki, yumurta ilə bağlı məhdudiyyətlər yalnız fərdi orqanizm xüsusiyyətləri ilə əlaqəli ola bilər. Zülalın çətin həzm olunması, sarının mədəaltı vəzə əlavə yük yaratması, qida dözümsüzlüyü və ya allergiya bəzi insanlarda yumurta qəbulunun azaldılmasını zəruri edə bilər. Bu hal xüsusilə bəzi autoimmun xəstəliklər, psoriaz və dermatit zamanı daha актуal sayılır.

Mütəxəssis qeyd edir ki, bir çox insanda yumurta zülalına qarşı gizli qida dözümsüzlüyü ola bilər. Bu problemi müəyyən etmək üçün FOX testi kifayət edir.

Əgər test nəticələrində problem aşkar edilməzsə, yumurta ilə bağlı ciddi məhdudiyyətlərə ehtiyac yoxdur. Bununla belə, nutrisoloq qidalanmada məhsulların rotasiyası prinsipinə əməl etməyi tövsiyə edir ki, orqanizm bütün zəruri maddələri müxtəlif mənbələrdən ala bilsin.

Norma olaraq iki gündən bir 2 yumurta yemək optimal hesab olunur. Bu, orqanizmi yükləmədən yumurtanın faydalarından mütəmadi yararlanmağa imkan verir. Həftəlik yumurta sayı ilə bağlı sərt məhdudiyyət olmasa da, mütəxəssis şəxsi təcrübəsində “gündə 2 yumurtadan çox olmamaq” prinsipinə əməl etdiyini bildirir və qida rasionunda toyuq, bildirçin və sesarka yumurtalarının növbələnməsini tövsiyə edir.