Bir çox elmi araşdırmalar sübut edir ki, suyun kifayət miqdarda qəbulu ürək-damar sistemi xəstəliklərinin, maddələr mübadiləsi pozulmaların, hətta xərçəngin profilaktik tədbirlərindən biridir. Maye dedikdə ilk növbədə adi təmiz su nəzərdə tutulur. Saglamolun.az sizə səhər acqarına 1 stəkan su içməyin faydalarını təqdim edir: 1. Yuxu zamanı insan orqanizmi maye itirir, orqanizmdə susuzlaşma başlayır. Bu səbəbdən səhər acqarına 1 stəkan su içmək orqanizmdə çox vacib olan su balansını bərpa edir. 2. Su mədə-bağırsaq sistemini "oyadır", işə salır. Bu isə qəbizliklə mübarizədə kömək edir. 3. Səhər acqarına içilmiş  1 stəkan su bizi daha gümrah edir, iş qabiliyyətimizi artırır, əhval-ruhiyyəni yaxşılaşdırır. 4. Bu dərinin sağlamlığı və gözəlliyi üçün çox faydalıdır. 5. Orqanizmi ziyanlı maddələrdən təmizləyir, arıqlamağa kömək edir. 6. Ürək-damar sisteminin işini yüngülləşdirir.