Səhər yeməyi orqanizmi "işə salır", onu lazım olan enerji ilə təmin edir. Təəssüf ki, insanların əksəriyyəti səhər yeməyini vacib hesab etmir və ən yaxşı halda 1 fincan qəhvə, çay və buterbrodla kifayətlənirlər, bir çoxları isə ümumillikdə səhər yemək yemir.
Bəziləri kökəlməkdən, çəki artırmaqdan qorxduqlarına görə ondan imtina edirlər. Bəziləri isə sadəcə vaxtın azlığı, səhərlər iştahanın olmaması kimi xeyli “üzrlü səbəb” gətirirlər ki, özlərini günün başlanğıcında tam dəyərli qidadan məhrum etsinlər. Həkimlər və dietoloqlar ortaq bir qənaətə gəliblər ki, səhər yeməyindən heç bir halda imtina etmək olmaz, çünki səhər yeməyi orqanizmə çox xeyirlidir.
Dietoloq Nigar Nəcəfbəyova Lent.az-a bildirib ki, kökəlməkdən qorxan insanlar səhər yeməyindən imtina etməyin nəinki bədən quruluşuna xeyirli olmadığını, həm də bədəndə artıq çəkinin yığılmasına kömək etdiyini bilməlidir:
“Sizinlə səhər yeməyinin vacibliyini müzakirə etməyəcəm, məncə, hər kəs bilir ki, səhər yeməyini qaçırmaq olmaz. Amma onu da deyim ki, səhərlər çox yemək tövsiyə olunmur. Çünki doyumlu yemək gümrahlıq əvəzinə yuxu və süstlüyə səbəb olacaq. Bəs bu halda hansı qidaları qəbul edək?
- Yulaf- suda bişirilmiş , üzərinə istənilən meyvə, giləmeyvə, qurumeyvə, çərəz, kakao, darçın, kətan toxumu, çia toxumu, balqabaq tumu və sairə əlavə edə bilərsiniz.
- Yumurta- istər toyuq istər bildirçin yumurtası. (qaynadılmış, qayqanaq, soyutma və s) yumurtanı kokos və ya kərə yağında qızarda bilərsiniz3 Kəsmik, meyvə, balqabaq tumu.4 Kokos südündə isladılmış çia toxumları və meyvə.5 Kəsmikdən və düyü və ya balqabaq tumu unundan sırnik kokos yağında.6 Çörək üzərinə labne pendir, avokado və yumurta. Mən yumurtanın üzərinə sarıkök əlavə edirəm. Çox faydalıdır.7 Pomidor yumurta. Məncə bir çoxlarının sevdiyi yeməkdir. Mən yağsız bişirirəm, pomidorun suyunda.8 Çörək, qızıl balıq, labne pendir və pomidor xiyar.9 İstəniləm ikra “.
Sonda qeyd edək ki, tədqiqatlar göstərir ki, yaxşı səhər yeməyi iş qabiliyyətini təxminən 30 faiz artırır və bu səbəbdən də sizi ofisdə ağır gün gözləyirsə, səhər orqanizminizi enerji ehtiyatı ilə təmin etməyi unutmayın.