Bir çox insanın qorxulu yuxusuna çevrilən şəkər xəstəliyinə qarşı daha bir məhsulun önəmi ortaya çıxıb.

Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb. 

Araşdırmalar göstərir ki, bu cür məhsullardan biri də kəkik çayıdır. Bu çay qanda şəkərin miqdarını nizamlamağa kömək edir. Kəkik suyu insulin dirəncinin formalaşmasının qarşısını alır. Həmçinin pəhriz zamanı yaranan halsızlıq, yorğunluq kimi problemlərə qarşı da yüksək vitamin və mineral tərkibli kəkik çayından istifadə tövsiyə olunur.