Alimlər qozun ürək üçün ən faydalı məhsul olduğunu açıqlayıblar.
e-tibb.az xəbər verir ki, bunu Harvard Xalq Sağlamlığı Məktəbinin alimi, tibb elmləri doktoru Marta Guash Ferre bildirib. Onun sözlərinə görə, qozun tərkibində çoxlu miqdarda alfa-linolen turşusu var ki, bu da faydasına görə, balıqda olan Omega-3 yağ turşusu ilə müqayisə edilə bilər. Bundan əlavə, mütəxəssis məhsulun antioksidant və iltihab əleyhinə xüsusiyyətlərini də qeyd edib.
Bununla bağlı iki il əvvəl daha bir araşdırma aparıldığı da qeyd edilib. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, həftədə üç porsiya qoz yemək müxtəlif səbəblərdən ölüm riskini 45% azaldır.