Həkimlər araşdırmalardan sonra uzun müddət gənc qalmağınız üçün lazım olan qidaların siyahısını açıqlayıblar.
NOCOMMENT.az xəbər verir ki, dietoloqlar gənc görünməyə kömək edən ən birinci qidanın banan olduğunu düşünürlər. Bu meyvə insan sağlamlığına xüsusən də ürəyə faydalı olan kalium maddəsi ilə zəngindir. Bundan başqa banan beyində okgisen tədarükünü artırır. Alimlər beyin funksiyaları inkişaf etmiş insanların daha uzun ömürlü olduğunu bildiriblər.
İkinci yerdə orqanizm üçün önəmli olan doymamış yağ turşuları ilə zəngin qoz-fındıq dayanır. İdmanla məşğul olanların üstünlük verdiyi bu qida qan damarlarını gücləndirir, bədəni zülal və vitaminlərlə doyurur.
Siyahının üçüncü pilləsini omega-3 tərkibli balıq tutub. Balığın tərkibindəki maddələr həm ürəyə müsbət təsir edir, həm də dərinin cavan görünməsinə kömək edir. Sardina, Somon və başqa balıqların istifadəsi erkən demensiya riskini də azaldır.
Dördüncü sırada isə ekspertlər giləmeyvələri qeyd ediblər. Qaragilə, moruq, mərcanı kimi giləmeyvələr iltihabdan müdafiə edir.
Beşinci sırada onkoloji xəstəliklərin inkişaf riskini azaldan kələm dayanır.
Mütəxəssislər eyni zamanda ət və yağlı qidalardan daha çox tərəvəzlərə üstünlük verməyinizi məsləhət görürlər.