
Stomatoloq-cərrah, “Rusiya Dental Implantasiya Mərkəzi” stomatoloji klinikalar şəbəkəsinin baş həkimi Sabit Əliyev bildirib ki, vitamin və faydalı minerallar olmayan pəhriz dişlərin tökülməsinə səbəb ola bilər.
Foodinfo.az xəbər verir ki, ekspert “İzvestiya” qəzetinə müsahibəsində nildirirb ki, C vitamini diş ətinin və dişləri saxlayan bağların əsas struktur proteini olan kollagenin istehsalına təsir göstərir.
Mütəxəssisin sözlərinə görə, qida rasionuna tərkibində kalium, fosfor və D vitamini olan qidalar da əlavə edilməlidir.
Diş həkimi əlavə edib ki, bu maddələrin çatışmazlığı diş minasının məhvinə, periodontit və sonradan diş itkisinə səbəb olacaq.