ABŞ-ın Ohayo Universitetinin alimləri geniş miqyaslı təcrübə apararaq, müəyyən ediblər ki, tərkibində yüksək miqdarda doymuş yağların olduğu qızartmaların az porsiyası belə, insanın diqqətini cəmləmək bacarığını dərhal azaldır.
Foodinfo.az-ın esoreiter.ru-ya istinadən verdiyi xəbərə görə, təcrübədə 50 qadın iştirak edib.
Əvvəl onlar fərqli şəraitdə diqqət və reaksiya vermək qabiliyyətlərinin qiymətləndirilməsi üçün xüsusi testdən keçiblər.
Sonra mütəxəssislər iştirakçıları 2 qrupa ayırıblar. Birinci qrupdakılara yağlı yeməklər, ikinci qrupdakılara isə yağı daha az olan yeməklər verilib.
Təxminən 5 saat sonra bütün iştirakçılar yenidən testdən keçiblər.
Alimlər bu təcrübəni bir ay boyunca təkrarlayıblar. Hər dəfə qida rasionu dəyişdirilib. Bir gün qadınlara yağlı qidalar, ertəsi gün isə aşağı kalorili qidalar verilib.
Təcrübə göstərib ki, yağlı yemək yedikdən sonra diqət orta hesabla 11% azalır. Bu, qidanın beyinə mənfi təsir etdiyini bir daha sübut edir.