Ən faydalı tərəvəzlərdən biri olan lobya orqanizmə güclü müalicəvi və profilaktik təsir edir. Saglamolun.az xarici KİV-lərə istinadla lobyanın əsas faydaları ilə sizi tanış edir: - Qidalı liflərlə zəngin olan lobya orqanizmdə xolesterinin səviyyəsini aşağı salır və bununla da ürək-damar sistemi xəstəlikləri, infarkt və insultun riskini azaldır. - Həmçinin lobya qidalı liflərin sayəsində qəbizliyin qarşısını alır. Həll olunmayan qidalı liflər bağırsaqlarda özünə mayeni hopduraraq şişir və bu da bağırsaqların daha tez və rahat boşalmasını təmin edir. - Qidalı liflər izoflavon maddələri ilə birlikdə bağırsaqların mikroflorasını daha sağlam edir və bununla həm həzm proseslərini yaxşılaşdırır, həm də immun sistemini möhkəmləndirir. - Lobya arterial təzyiqi salmağa kömək edir. Bunun səbəbi lobyada olan kalium və maqnezium maddələridir. - Fol turşusu ilə zəngin olan lobya qanazlığı zamanı da faydalıdır. - Lobyanın istehlakı orqanizmdə kollagen zülallarının istehsalını artırır. Kollagen dərini daha cavn və dartılmış edir. - Lobya arıqlamağa yardım edir. Bu səbəbdən bir çox diyetoloqlar bişmiş lobyanı pəhrizlərə daxil edirlər. - Lobya orqanizmi təbii olaraq ziyanlı maddələrdən, selikdən, toksinlərdən təmizləyir.