Bir çox insanların fikrinə görə, yüksək təzyiq özünü baş ağrısı ilə büruzə verir. Lakin bu belə deyil.
Əksinə baş ağrısı aşağı təzyiqin simptomlarından biri sayılır. Yüksək təzyiq əksər hallarda özünün heç bir simptomla büruzə vermir. Hipertoniya uzun illər ərzində gizli inkişaf edə bilir və məhz bu da onun ən böyük təhküləsidir.
Təzyiqin daim yüksək olması ürək və damarları zədələyir, sıradan çıxardır, infarkt və insultun riskini dəfələrlə artırır.
Həkimlər arterial təzyiqi müntəzəm olaraq ölçməyi tövsiyə edirlər. Əvvəllər belə hesab olunurdu ki, bunu 40 yaşdan sonra etmək lazımdır. Lakin son zamanlar hipertoniya xeyli “cavanlaşıb” və bu diaqnoz hətta 20-30 yaşlı insanlara qoyulur.
Mütəxəssislər qeyd edir ki, bəzi qeyri-adi simptomlar təzyiqin yüksəlməsinə işarə edə bilər. Belə simptomlar arasında qulaqlarda küy və eşitmənin zəifləməsidir.
Saglamolun.az Express Health saytına istinadla bildirir ki, həkimlərin müşahidələrinə görə bu symptom yüksək təzyiqə işarə edən yeganə symptom ola bilər.
“Yüksək təzyiq kiçik damarların zədələnməsinə səbəb olur. Bu qulaq damarlarına da aiddir. Bu damarların tutulması və onlarda təzyiqin yüksəlməsi qulaqlarda küyün əmələ gəlməsinə səbəb olur. Təzyiq normallaşanda bu xoşagəlməz simptom da yox olur”- , alimlər qeyd edirlər.
Damarların zədələnməsi həmçinin eşitmənin pozulmasına gətirib çıxardır.