Britaniyada kişi 200 fincan kofeyə bərabər olan kofein maddəsini aşırı dozada səhvən qəbul etməsi səbəbindən həyatını itirib.
 Foodinfo.az Bakupost-a istinadən xəbər verir ki, 29 yaşlı fitnes məşqçi Tomas Mensfild 100 qramlıq paketdə olan kofein tozunu tərəzidə ölçərkən onu 300 mq-la səhv salaraq energetik içkiyə əlavə edib içib.
Nəticədə kişi təhlükəli doza həddini bir neçə dəfə aşaraq, energetik içkiyə 5 qramdan çox toz əlavə edib.
İçkidən cəmi 2 qurtum içən gənc dərhal ürəyini tutaraq yıxılıb, onun ağzından köpük gəlməyə başlayıb.
Arvadı təcili yardım çağırsa da o, ürək tutmasından yerindəcə ölüb.
Meyitin patoloji müayinəsi göstərib ki, onun hər litr qanında 329 mq kofein olub, bu isə 200 fincan kofeyə bərabərdir.
Qeyd edək ki, qanda cəmi 70-80 mq kofein olması öldürücü təsir edir.