2023-cü ilin Novruz, Ramazan və Qurban bayramlarının tarixi müəyyənləşib. Foodinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, 2023-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 21, 22-si Ramazan bayramı, iyunun 28, 29-u Qurban bayramı günləri müəyyən edilib. Bu günlər iş günü hesab edilmir.