Avstraliyanın Brisben şəhərinin sakini çimərkən ona hücum edən üç metrlik daraqlı timsahla döyüşüb. Bu barədə Daily Mail məlumat yayıb.
51 yaşlı Markus Makqouan həyat yoldaşı ilə birlikdə Ser Çarlz Hardinin adalarına səyahətə çıxıb. Bir qrup turistlə birlikdə o, Keyp York sahilləri boyunca dayaz suda şnorkellə üzgüçülük edib. Qəfildən üç metrlik daraqlı timsah avstraliyalıya arxadan hücum edərək başını tutub.
Avstraliyalı özünü azad edərək qayığa çatmağı bacarıb. Zərərçəkmiş təcili olaraq Thursdee adasındakı xəstəxanaya aparılıb və ertəsi gün o, helikopterlə Kvinslend ştatının Keyns şəhərinə aparılıb. MakQovanın vəziyyəti hazırda stabildir.
Avstraliyada yaşayan duzlu timsahlar insanlar üçün ciddi təhlükə yaradır, çünki onlar duzlu suda üzə bilirlər və sahilyanı dəniz zonasında tez-tez ov pusqusunda yatırlar. Onların uzunluğu beş metrdən çox ola bilər.
Nərmin