Dietoloq, terapevt Anna Tsukanova 40 yaşdan sonra artıq çəki ilə necə mübarizə aparacağına dair tövsiyələr verib.

Foodinfo.az xəbər verir ki, mütəxəssis “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib ki, ilk növbədə əzələ kütləsini saxlamaq üçün kifayət qədər zülal ehtiva edən balanslaşdırılmış pəhrizə riayət etməlisiniz.

Mütəxəssisin fikrincə, artıq çəki varsa, omeqa-6 yağ turşularını, o cümlədən günəbaxan yağını qida rasionunuzdan çıxarmaq lazımdır. Onu zeytun, balqabaq, küncüt və ya kətan toxumu ilə əvəz edə bilərsiniz.

Dietoloq həmçinin gündə üç-dörd dəfə yemək yeməyi və tez-tez qəlyanaltılardan uzaq durmağı məsləhət görüb.