Sumaqlı su sağlamlıq üçün faydalı olan təbii içkilərdən biridir.
Foodinfo.az xəbər verir ki, sumaq antioksidant və iltihab əleyhinə xüsusiyyətləri ilə tanınır, bu da immuniteti gücləndirir və orqanizmdə toksinləri azaldır.
Sumaqlı su xüsusilə həzm problemləri zamanı istifadə olunur, çünki mədə-bağırsaq sistemini sakitləşdirir və zərərli bakteriyaların yayılmasının qarşısını alır.
Bundan əlavə, qan şəkərini tənzimləməyə kömək edir, buna görə diabet xəstələri üçün faydalıdır.
Sumaqlı suyu hazırlamaq üçün 1-2 çay qaşığı sumağı isti suya əlavə edib dəmləmək kifayətdir.