Dietoloq Mariyat Muxina sağlamlığı yaxşılaşdırmaq üçün 40 yaşdan sonra ən yaxşı yeməyin nə olduğunu açıqlayıb. Foodinfo.az bildirir ki, “Nation News”a verdiyi müsahibədə həkim 40 yaşdan sonra qida dözümsüzlüyü üçün testdən keçməyi tövsiyə etdi.
Mütəxəssisin fikrincə, pəhrizi elə qurmaq lazımdır ki, orqanizmə maksimum fayda gətirsin.
“40 yaşdan sonra biz yağlar, zülallar və karbohidratlarla balanslaşdırılmış pəhrizə keçirik. Həmçinin, pəhriz kalori baxımından balanslaşdırılmış olmalıdır və düsturla müəyyən edilən bazal metabolizminizi hesablamalısınız."
Nurlan