Bu reseptlər həm əlçatan, həm də gündəlik xırda ağrılarda kimyəvi dərmansız rahatlamağa kömək edir.

1. Zəncəfil-çay qarışığı (əzələ və oynaq ağrısı üçün)

1 stəkan isti suya 1 çay qaşığı təzə rəndələnmiş zəncəfil, 1 çay qaşığı bal əlavə edin. Gündə 1–2 dəfə içsəniz, iltihab əleyhinə təsir göstərəcək.

2. Nanə yağı kompresi (baş ağrısı və miqren üçün)

2–3 damcı təmiz nanə yağını 1 çay qaşığı zeytun yağı ilə qarışdırıb gicgah və alın nahiyəsinə masaj edin. Soyuducu təsir göstərərək qan dövranını yaxşılaşdırır.

3. Mixək pastası (diş ağrısı üçün)

2–3 mixəyi əzin, az miqdarda su ilə pastaya çevirin. Ağrıyan dişin yanına, diş ətinə sürtün. Tərkibindəki eugenol maddəsi təbii ağrıkəsicidir.

4. Çobanyastığı çayı (əzələ spazmı və gərginlik üçün)

1 stəkan qaynar suya 1 yemək qaşığı qurudulmuş çobanyastığı tökün 5–7 dəqiqə dəmləyin. Axşamlar içməklə rahat yuxu təmin edə bilərsiniz.

5. Sarıkök-bal qarışığı (oynaq ağrıları üçün)

1 çay qaşığı zerdeçal tozu ilə1 çay qaşığı balı səhər acqarına yeyin. Bu qarışım güclü antiinflamatuar təsiri ilə artrit və revmatizm ağrılarını yüngülləşdirir.