Çin hakimiyyəti Amerikanın “King Meat Service” şirkətinin ət məhsullarının tərkibində raktopamin (əzələ kütləsini artırmaq üçün yem əlavəsi kimi istifadə olunan maddə) aşkar edildikdən sonra idxalı müvəqqəti dayandırıb.
Foodinfo.az xəbər verir ki, bu barədə cümə axşamı Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.
“Çin Xalq Respublikasının qanunvericiliyinə uyğun olaraq, 2022-ci il avqustun 11-dən bu müəssisə tərəfindən göndərilən ət məhsulları üçün idxal bəyannamələrinin verilməsinin dayandırılması qərara alınıb”, - məlumatda deyilir.
İdarə məhdudiyyətlərin nə qədər müddətə tətbiq olunduğunu açıqlamayıb.
Raktopamin maddəsi kökəlməyə, ürək problemlərinə, baş ağrısı və spazmlara səbəb ola bilər.