Keniyanın Səhiyyə Nazirliyi ölkədə dörd nəfərin naməlum xəstəlikdən öldüyünü açıqlayıb. 

Foodinfo.az xəbər bu barədə qurumun sosial şəbəkə hesabında yazılıb. 

Xəstəlik ölkənin qərbindəki Kakameqa əyalətində aşkarlanıb. Qurumdan bildirilib ki, söhbət iki təhsil müəssisəsində yayılan infeksion xəstəlikdən gedə bilər. Xəstələrdə yüksək hərarət, qarın bölgəsində ağrı, ürəkbulanma və ishal diaqnozu qoyulub.