Almaniyada aparılan araşdırmalar göstərib ki, ölkədə 16-74 yaş aralığında 3,4 milyon insan həyatında heç vaxt internetdən istifadə etməyiblər.
Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb.
Araşdırma Almaniya Federal Statistika İdarəsi tərəfindən aparılıb. 16-74 yaş aralığındakı Almaniya vətəndaşlarının altı faizinin internetə girmədiyi müəyyən edilib. 65-74 yaş aralığındakı insanların 17 faizi heç vaxt internetdən istifadə etməyiblər. Həyatlarında heç vaxt internetdən istifadə etməmiş 45 yaşdan aşağı insanların nisbəti isə 2 faiz olub.