Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, Milli Monitorinq Planı çərçivəsində Agentlik əməkdaşları tərəfindən keçirilən növbəti fitosanitar monitorinq Gəncə şəhərində Heydər Əliyev Park Kompleksində və Xan bağında aparılıb. Müşahidə tədbiri kimi təyinatı üzrə qəhvəyi mərmər taxtabiti (Holyomorpha halys) üçün feromon tələlərdən istifadə edilib. Dekorativ ağac, kol və gül bitkilərində aşkar edilmiş zərərli orqanizmlərlə bağlı qabaqlayıcı profilaktik tədbirlər görülüb. Monitorinq zamanı sahə aqronomu və texniki işçilərlə söhbətlər aparılıb və maarifləndirici tövsiyələr verilib. [gallery ids="49022,49023,49024"]