Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) peşəkar kadrları Gəncə şəhərində fəaliyyət göstərəcək regional sınaq laboratoriyasında işə dəvət edir. Hazırda kimyaçı və mikrobioloq vəzifələri üzrə vakant yerlər mövcuddur. Foodinfo.az-ın məlumatına görə, kimyaçı vəzifəsində çalışmaq istəyən namizədlər müvafiq ixtisas üzrə ali təhsilə malik olmalı, kimya sahəsində müasir laboratoriya metodlarını, laboratoriya avadanlıqları ilə işləməyi, onların kalibrasiyasını və minimum texniki qulluq tələblərini, kimyəvi preparatların saxlanılma və istifadə qaydalarını bilməlidirlər. Bu vəzifə üzrə bir illik iş təcrübəsi arzuolunandır. Mikrobioloq vəzifəsini tutmaq istəyən namizədlər isə müvafiq ixtisas üzrə ali təhsilə malik olmalı, müasir laboratoriya metodlarını, laboratoriya avadanlıqları ilə işləməyi, onların kalibrasiyasını və minimum texniki qulluq tələblərini, kimyəvi preparatların saxlanılma və istifadə qaydalarını bilməlidirlər. Bu vəzifə üzrə bir illik iş təcrübəsi arzuolunandır. Bundan başqa, hər iki vəzifəyə qəbul üçün müraciət edənlərdən dəqiqlik, diqqətlilik, planlama, məntiqi və analitik düşünmə qabiliyyəti, komanda ilə işləmə bacarığı və təşəbbüskarlıq tələb olunur. Namizədlərdən CV-lərini mövzu yerinə müvafiq olaraq "Gəncə-kimyaçı" və ya "Gəncə-mikrobioloq" yazaraq [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur. Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edildikdən sonra müsahibəyə dəvət olunacaqlar.