Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Foodinfo.az-ın məlumatına görə, həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Milli Referens Laboratoriyası Amerika Birləşmiş Ştatlarının Texas A&M AgriLife Research Agentliyi tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağına qatılıb. Laboratoriya Aflatoksin B1 və Ümumi aflatoksin (B1, B2, G1, G2) parametrləri üzrə keçirilən səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib.
Milli Referens Laboratoriyası bu il ərzində iki dəfə Texas A&M AgriLife Research Agentliyi tərəfindən təşkil olunan səriştəlilik sınaqlarında iştirak edib.
Qeyd edək ki, bu günədək sınaq laboratoriyası müxtəlif müayinələr üzrə beynəlxalq “Laboratoriyalararası müqayisə” sınaqlarında (“Proficiency Tests”) iştirak edərək uğurlu nəticə göstərən laboratoriyalar sırasında yer alıb. Həmçinin laboratoriya Almaniyanın nüfuzlu akkreditasiya qurumu olan Deutsche Akkreditierungsstelle GmbH (DAkkS) tərəfindən beynəlxalq akkreditasiyadan keçirilib.
[gallery ids="51552,51553"]
Son xəbərlər
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək
- Gündə iki qramı belə orqanizmi məhv edir