Əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin təkmilləşdirilməsilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Foodinfo.az-ın məlumatına görə, İngiltərənin VETQAS (APHA SCIENTIFIC) şirkəti tərəfindən AQTİ-nin regional sınaq laboratoriya və bölmələri peşəkarlıq səviyyələrinin ölçülməsi, həmçinin bu sahədə müayinələrin beynəlxalq tələblərə uyğun həyata keçirilməsi məqsədilə səriştəlilik test proqramına cəlb olunub. Dünyanın müxtəlif ölkələrindən laboratoriyaların da iştirak etdiyi Bruselyoz xəstəliyinin Rose-benqal sınağı ilə təyinində Mərkəzi Baytarlıq Laboratoriyasının Quba, Bərdə, Sabirabad, Qax Regional bölmələri, eləcə də Göygöl, Tovuz və Lənkəran Regional Sınaq Laboratoriyaları uğurla iştirak edib və yüksək nəticə əldə edib.
Qeyd edək ki, regional sınaq laboratoriyaları və bölmələrində istifadə edilən müasir cihaz və avadanlıqlar patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələri həyata keçirməyə imkan verir. Laboratoriyada həm insanlar, həm də heyvanlar üçün təhlükəli hesab edilən yoluxucu xəstəliklərdən olan bruselyozun ELISA müayinə metodundan, Rose-bengal sınağı metodundan (RBS), Komplementin Birləşmə Reaksiyası (KBR) metodundan, Aqqlütinasiya reaksiyası (AR) metodundan, həmçinin Xlamidioz xəstəliyinin ELISA müayinə metodundan, Şmallenberq xəsətəliyinin ELISA müayinə metodundan istifadə edilir.
[gallery ids="50777,50778,50779,50780"]
Son xəbərlər
- Sumaqlı su bakteriyaların yayılmasının qarşısını alır
- Ürəyində problem olanlar nə üçün qəhvədən imtina etməlidirlər?
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?