Avstraliyanın Kvinslend ştatının polisi həyat yoldaşı və ögey oğlunun evində mumiyalanmış cəsədi tapılan kişinin ölümünü araşdırır. Bu barədə Daily Mail məlumat yayıb.
Kanberradan olan qohum 69 yaşlı kişiyə baş çəkməyə çalışıb. Qohumunun arvadı və ögey oğlu onu evə buraxmayıb. Ögey oğul avstraliyalıya kişinin vəziyyətinin pis olduğunu və bu yaxınlarda xəstəxanaya yerləşdirildiyini deyib, lakin bir neçə xəstəxanaya zəng etdikdən sonra qadın onun heç birinin xəstəsi olmadığını öyrənib. Evə girə bilməyən qadın polisə müraciət edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları evdə axtarış apararaq mərhum avstraliyalını yataqda tapıblar. Mumiyalanmış cəsədin üzərində gözəgörünən xəsarət yox idi. Müstəntiqlərin sözlərinə görə, avstraliyalı təxminən iki il əvvəl dünyasını dəyişib. Polis həmin şəxsin ölümü ilə bağlı araşdırma aparır. Onun ölüm səbəbi hələ müəyyən edilməyib. Mumiyanı saxlayan ev sakinləri nadir hallarda bayıra çıxır, evdə ərzaq sifariş edirdilər. İndiyədək avstraliyalının ölümü ilə bağlı heç bir ittiham irəli sürülməyib.
Leyla