Ayaq göbələyi xüsusilə yay aylarında daha çox rast gəlinən bir vəziyyətdir. Onlardan xilas olmaq üçün tez-tez müxtəlif çarələrə üz tuturuq.
Foodinfo.az xəbər verir ki, ayaq göbələkləri insanı yoran, incidən bir problemdir. Amma xoşbəxtlikdən, ayaq dırnaqlarında yaranan göbələklərdən tez bir zamanda xilas olmağın təbii məlhəmi məlum olub.
Ayaq dırnaqlarındakı göbələk infeksiyasının ümumi səbəbləri var. Zəif ayaq gigiyenası, dırnaq zədələnməsi, dəsmal və ya dırnaq qayçı kimi şəxsi əşyaların paylaşılması, dırnaq göbələyi olan şəxslə fiziki təmas və ya tərli corabla ayaqqabı geyinmək ayaqda göbələyin yaranmasına səbəb ola bilər.
Bu problemlə qarşılaşmamaq üçün ayaq gigiyenasına adekvat qayğı göstərin, şəxsi əşyaları paylaşmayın, ayaqlarınızı həmişə təmiz və quru saxlayın.
Bəs ayaq göbələyi təbii yolla necə müalicə olunur?
Sarımsağın tərkibində antimikotik xüsusiyyətlərə malik olan ajoen adlı bioaktiv birləşmə var. Bu birləşmə sarımsağın ayaq dırnaqlarında göbələk yaradan göbələk infeksiyası ilə mübarizə aparmasına kömək edir. Sarımsaq ayaqdakı göbələyin kökünü kəsmək üçün ən təsirli variantlardan biridir.
Bunun üçün 1-2 diş soyulmuş sarımsağı əzin. Əzilmiş sarımsağı göbələk olan yerə sürtün. Yarım saatdan sonra su ilə yuyun. Gündə iki dəfə bunu etməklə ayağın şişkinliyindən effektiv şəkildə qurtula bilərsiniz.
Qeyd: Hər hansı bir allergik reaksiyaya görə istifadə etməzdən əvvəl diqqətli olun. Lazım gələrsə, ekspert rəyi alın.