2023-cü ilin yanvar-mart aylarında işğaldan azad edilmiş rayonlarda bütün ticarət müəssisələrində pərakəndə ticarət dövriyyəsi 13 milyon 371.4 min manat təşkil edib.
Foodinfo.az Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara əsasən xəbər verir ki, pərakəndə ticarət dövriyyəsi ən çox Füzuli rayonunda (5 milyon 809.8 min manat) olub.
Aşağıdakı cədvəldə 2023-cü ilin ilk 3 ayında işğaldan azad edilmiş rayonların bütün ticarət müəssisələrində pərakəndə ticarət dövriyyəsi verilib.
Azad edilmiş rayonlarda pərakəndə ticarət dövriyyəsi:
Füzuli rayonu 5809.8
Ağdam rayonu 2117.1
Cəbrayıl rayonu 1704.7
Zəngilan rayonu 1340.9
Şuşa rayonu 1253.1
Laçın rayonu 747.7
Xocavənd rayonu 372.1
Qubadlı rayonu 26