Bu ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 216 594,4 min ABŞ dollarına bərabər olub. Foodinfo.az-ın Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, cari ilin ilk iki ayında yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 11,8% azdır.
Ümumiyyətlə, cari ilin yanvar-fevral aylarında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 12,1% təşkil edib.
Hesabat dövründə ölkəyə 14 147,1 min dollar dəyərində 7 886,8 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi 12,4% artsa da, həcm göstəricisi üzrə isə 13,7% azalıb.
2020-ci ilin yanvar-fevral ayları ərzində ölkəyə 1 842,4 min dollar (8% artım) dəyərində 1 238,1 ton (6,6% azalma) süd idxal olunub.
Ölkəyə həmçinin 10 802,6 min dollar dəyərində 2 182,8 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub ki, bu göstərici üzrə 2019-cu ilin eyni dövrü ilə müqayisədə həcm olaraq 21,4%, dəyərində isə 17,2% artım müşahidə olunub.