2022-ci ildə Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 37 % artaraq 1 milyard 586 milyon manat olub.
Foodinfo.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,6 %-i hüquqi şəxslərin, 50,4 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hesabat dövrünə ictimai iaşə dövriyyəsinin 10,6 milyon manatı dövlət, 1 milyard 575,4 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb.
Hüquqi şəxslər üzrə dövriyyə 2021-ci illə müqayisədə 33,5 % artaraq 793,3 milyon manat olub.