Alimlər heç də təsadüfən bağırsaqları ikinci beyin adlandırmırlar, çünki bu orqan beynin tənzimləyicisi sayılır. Mədə-bağırsaq traktının fəaliyyətindən isə bütün orqanizmin vəziyyəti asılıdır.
Foodinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bağırsaqların qeydinə qalmaq gərəkdir, ancaq belə olan halda hər dəfə dərmanlara müraciət etməmək də olar.
Bağırsaq mikroflorası hisləri, düşüncələri və insan orqanizmində baş verən bütün prosesləri idarə edir. Onun hər hansı funksional sapması, yumşaq desək, həyatı çətinləşdirir. Ancaq bu orqana olduqca möcüzəli təsir göstərən bir məhsulun da adı qeyd olunmalıdır. Bu duzlanmış kələmdir. Onun tərkibindəki aktiv probiotiklər orqanizm üçün olduqca faydalıdır. Bu faydalı canlı mikroblar bağırsaqların mikroflorasını normallaşdırır.
Nurlan