
Balqabaq toxumları kişi sağlamlığı üçün vacib olan sink mineralı ilə zəngindir. Foodinfo.az bildirir ki, bu toxumlar hormon balansını tənzimləyir, prostat və reproduktiv sağlamlığı dəstəkləyir və ümumi immun sisteminə güclü təsir göstərir.
Çexiyalı uroloq Dr. Tomas Kral “European Urology Today” jurnalında yazır ki, sink çatışmazlığı kişilərdə testosteron səviyyəsinin azalmasına və reproduktiv problemlərə səbəb ola bilər. Onun fikrincə, balqabaq toxumu gündəlik olaraq 1-2 xörək qaşığı miqdarında istehlak edildikdə, orqanizmin sink ehtiyacının böyük hissəsini qarşılayır.
Bu toxumlar həm də maqnezium, Omega-3 və antioksidantlarla zəngindir. Balqabaq toxumunun müntəzəm qəbulu kişi sağlamlığı ilə yanaşı, ürək və qaraciyər üçün də faydalıdır.
Həm çiy, həm də qovrulmuş formada istehlak oluna bilən bu qida məhsulu, kişilərdə enerji səviyyəsini artırır və stresə qarşı davamlılığı gücləndirir.