Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru, dosent Nuran Abdullayev Azərbaycan Tibb Universitetinin II uşaq xəstəlikləri kafedrasının professoru, Tədris Terapevtik Klinikasının keçmiş direktoru Surxay Musayevin vəfatı ilə bağlı başsağlığı verib.

Foodinfo.az-ın məlumatına görə, N.Abdullayev bu barədə sosial şəbəkə hesabında yazıb.

"Hər zaman öz böyüklüyü ilə bizlərə nümunə olan, şərəfli həkim, böyük ürəkli insan, Azərbaycan Tibb Universitetinin II uşaq xəstəlikləri kafedrasının professoru, Tədris Terapevtik Klinikasının keçmiş direktoru Surxay Musayevin dünyasını dəyişmək xəbəri məni dərindən üzdü. Mərhuma Allahdan rəhmət, ailəsinə dərin hüznlə başsağlığı diləyirəm! 
Surxay müəllim yadımda hər zaman xoş xatirələrlə qalacaqdır. Allah rəhmət eləsin!" - o, bildirib.

Qeyd edək ki, S.Musayev Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2000-ci ildə "Əməkdar həkim", 2010-cu ildə "Əməkdar elm xadimi"adina layiq görülüb.

O, 72 yaşında vəfat edib.