Baytarlıq apteki fərdi inşa edilmiş ayrıca binada, yaxud zirzəmi və yarımzirzəmi istisna olmaqla, ayrıca girişi olan qeyri-yaşayış sahəsində təşkil edilir.
Foodinfo.az xəbər verir ki, AQTA tərəfindən təsdiq olunmuş “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair Tələblər”ə əsasən, baytarlıq aptekinin yerləşdiyi binanın fasadında aptekin adı, iş rejimi, əlaqə nömrəsi, həyata keçirilən fəaliyyət növü haqqında Azərbaycan dilində məlumat lövhəsi yerləşdirilməlidir. Belə aptekin ümumi sahəsi 20 m2-dən az olmamalı, baytarlıq preparatlarının və vasitələrinin saxlanması və satıcı üçün şaquli şüşə ilə alıcılardan təcrid olunmuş xidmət (satış) bölmələrinə ayrılmalıdır. Eyni zamanda baytarlıq aptekində otaqların və avadanlıqların təmizlənməsi, yuyulması və dezinfeksiyası işlərində istifadə olunan təmizləyici ləvazimatlar, zəruri yuyucu və dezenfeksiyaedici vasitələrin, həmçinin хüsusi geyimlərin və üst geyimlərinin, ayaqqabıların ayrıca saхlanması üçün ayrıca dolab olmalıdır.
Baytarlıq aptekində və anbarda xüsusi avadanlıqlar və cihazlar da olmalıdır.Bunlara termolabil preparatların saxlanması üçün soyuducular, baytarlıq preparatlarının həcm və çəkisini ölçmək üçün vasitələr (tərəzi, bölgülü silindr, stəkanlar və s.), temperatur və rütubət kimi vacib mikroiqlim parametrlərini ölçmək üçün cihazlar (termometr, hiqrometr, psixrometr və s.) və sanitar-gigiyenik rejim, əməyin mühafizəsi və təhlükəsizliyi, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsini təmin edən digər ləvazimatlar daxildir.