Hepatoloq Alla Yujnova bildirib ki, bədənin forması ilə alkoqolsuz yağlı qaraciyər xəstəliyinin inkişaf riski arasında müəyyən əlaqə var.
Foodinfo.az “MedikForum” nəşrinə istinadən xəbər verir ki, həkimin sözlərinə görə, bu zaman bədəndə piylərin çıxdığı yerlər, həmçinin onun miqdarı önəmlidir.
Belə ki, alma şəklində olan fiqur insanın digərlərinə nisbətən qaraciyər yağlanmasına daha çox meylli olduğunu açıq şəkildə göstərir.
Mütəxəssis əlavə edib ki, bu xəstəlik özünü tez büruzə vermir. Lakin zaman keçdikcə qaraciyərdə piylər yığılmağa başlayır və xəstəlik davam edərsə, qaraciyər qalıcı şəkildə zədələnə və normal fəaliyyətini dayandıra bilər.
Alkoqolsuz yağlı qaraciyər xəstəliyi diaqnozu qoyulanlara həkimlər pəhriz saxlamağı, pəhrizlərini tamamilə yenidən nəzərdən keçirməyi və arıqlamaq üçün daha çox hərəkət etməyi məsləhət görürlər.